Öyrən


“Bir” Tələbə-Könüllü Proqramı öz fəaliyyətini 6 müxtəlif istiqamət ilə həyata keçirir. İstiqamətlər tələbə-könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, tələbə həyatını rəngarəng yaşamasına və əyləncəli vaxt keçirilməsinə şərait yaradır. Bu istiqamətlərdən biri də ÖYRƏN adlanır. İstiqamət tələbə-könüllülərə bu həyatı öyrənərək yaşamağa dəvət edir.


Könüllülər və könüllü liderlər üçün təlimlərin təşkili bu sahədə həyata keçiriləcək. Proqramda komanda və komanda tərkibində ümumi və fərdi şəkildə işin təşkili, “könüllü kimdir?”, kampaniya, marafon və digər aksiyaların təşkili, aktual sayılan müxtəlif mövzular üzrə təlimlərin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Müntəzəm xarakter daşıyacaq planlaşdırılmış layihələr çərçivəsində tələbələr müxtəlif sahələr və mövzular üzrə geniş biliklərə və zəruri bacarıqlara yiyələnəcəklər. 

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12