Öyrət

 

“Bir” Tələbə-Könüllü Proqramı öz fəaliyyətini 6 müxtəlif istiqamət ilə həyata keçirir. İstiqamətlər tələbə-könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, tələbə həyatını rəngarəng yaşamasına və əyləncəli vaxt keçirilməsinə şərait yaradır. Bu istiqamətlərdən biri də ÖYRƏT adlanır. İstiqamət tələbə-könüllülərə bu həyatı öyrənərək yaşamağa dəvət edir.


Proqramın vacib strateji istiqamətlərindən biri də könüllülər tərəfindən əldə olunmuş bacarıq və biliklərin həmyaşıdlarına (“P2P Education”) və özlərindən kiçiklərə davamlı şəkildə ötürülməsidir. Burada əsas məqsəd – könüllülük fəaliyyətinin məzmun və formaca daim yenilənməsi və genişlənməsı üçün könüllü olmayan tələbə və şagirdlərin könüllü fəaliyyətinə cəlb olumasıdır. 

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12