Kəşf et

“Bir” Tələbə-Könüllü Proqramı öz fəaliyyətini 6 müxtəlif istiqamət ilə həyata keçirir. İstiqamətlər tələbə-könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, tələbə həyatını rəngarəng yaşamasına və əyləncəli vaxt keçirilməsinə şərait yaradır. Bu istiqamətlərdən biri də KƏŞF ET adlanır. İstiqamət tələbə-könüllülərə  yeni sahələri kəşf edərək yaşamağa dəvət edir.


Bu istiqamət çərçivəsində könüllülər üçün dövlət idarəetmə orqan, təşkilat və strukturlarına, sənaye, istehsalat, emal və xidmət müəssisələrinə, idman-sağlamlıq mərkəzlərinə, ictimai sosial yönümlü obyektlərə, muzey, teatr və digər mədəni-maarif ocaqlarına məlumat turları təşkil olunacaqdır. Bu, könüllülərin ümumi dünyagörüşünün və maraq dairələrinin genişləndirilməsinə təkan verməklə onların gələcəkdə öz istəklərinə uyğun peşələrin seçilməsində müsbət rol oynayacaqdır. 

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12