Yaşa

“Bir” Tələbə-Könüllü Proqramı öz fəaliyyətini 6 müxtəlif istiqamət ilə həyata keçirir. İstiqamətlər tələbə-könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, tələbə həyatını rəngarəng yaşamasına və əyləncəli vaxt keçirilməsinə şərait yaradır. Bu istiqamətlərdən biri də YAŞA adlanır. İstiqamət tələbə-könüllülərə bu həyatı əylənərək yaşamağa dəvət edir.

Bu istiqamət tələbə-könüllülər tərəfindən təşkil olunacaq müxtəlif tipli və miqyaslı tədbirləri: kütləvi sosial aksiyaları, fləşmobları əhatə edəcək. İstiqamət çərçivəsində könüllülər praktiki təcrübə toplayacaq,  təşkilatı və komanda bacarıqlarını nümayiş etdirmək fürsəti qazanacaqlar. 

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12