“Bir” Tələbə-Könüllü Proqramı öz fəaliyyətini 6 müxtəlif istiqamət ilə həyata keçirir. İstiqamətlər tələbə-könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, tələbə həyatını rəngarəng yaşamasına və əyləncəli vaxt keçirilməsinə şərait yaradır. Bu istiqamətlərdən biri də ZÖVQ AL adlanır. İstiqamət könüllülərə tələbə həyatından zövq almasına yaşamağa dəvət edir.
Bu istiqamət çərçivəsində idman və intellektual müsabiqələr və yarışlarının, tələbə diskotekalarının, kino-premyeraların təşkili nəzərdə tutulub. Bu, könüllülərdə formalaşan komanda ruhunu yüksəltməyə və loyallığını artırmağa imkan yaradacaq, birgə qələbə çalmaq, birgə sevinci bölmək və birgə zövq almaq kimi duyğuların açılmasina yol açacaqdır.