“Beynəlxalq münasibətlər və diplomatiya üzrə 2-ci yay məktəbi” nin iştirakçıları Xəzər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Asiya-Sakit Okean və Afrika Araşdırmaları İnstitutunun, IAPAS-ın direktoru Vlad Alex Vernygora’nın təqdimatında “Building a global region? NATO and its partners across the globe” mövzusunda və Xəzər Universitetinin fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) şöbə müdiri Vasif Hüseynin təqdimatında “Assessing the EU power narratives in a changing world order” mövzusunda keçirilən sessiyada iştirak ediblər. İlk Sessiya ərzində NATO-nun mövcud vəziyyəti, təhlükəsizlik siyasəti, müstəqil dövlətlərin beynəlxalq tərəfdaşlıq çərçivəsində daha sıx əməkdaşlıq perspektivləri, həm də müstəqil təşkilatların təhlükəsizlik və əməkdaşlıq sahəsində vacib rolundan bəhs olunub. Həmçinin iştirakçılar qrup işi yerinə yetirib, daha sonra müzakirələr aparılıb. İkinci sessiya ərzində, AB-nin dəyişən dünya siyasətindəki mövcudluğu, siyasi, iqtisadi və mədəni təsiri, qlobal məsələlərdəki rolu, müstəqil siyasət formalaşdırmağa nailiyyəti və beynəlxalq təşkilatlardakı pozisiyası kimi mövzular ətraflı şəkildə müzakirə edilib.