Layihənin üçüncü günündə Mingəçevir könüllüləri şəhid leytenant Həsənli Eldar Müşfiq oğlunun ailəsini ziyarət ediblər. Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Eldar Həsənli 2020-ci ilin dekabr ayından Vətənə xidmət edib. 2021-ci il 14 avqust tarixində Kəlbəcər rayon Yanşaq kəndi ərazisində döyüş tapşırığını yerinə yetirərkən hərbi yük avtomobilinin dərədən aşması
nəticəsində Şəhid olmuşdur.