“WinterCamp 2023” tələbələr üçün Qış Universiteti

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə qış tətili dövründə tələbələrin bilik və təcrübə mübadiləsinin artırılması, eləcə də asudə vaxtlarının daha səmərəli və faydalı keçirilməsi məqsədilə fevral ayının ilk iki həftəsində (4 - 13 fevral, 2022) Quba rayonunda “WinterCamp 2023” tələbələr üçün Qış Universiteti keçiriləcək.

Tələbələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə, bilik və bacarıqlarının artırılmasına, fərdi yaradıcılıq qabiliyyətlərinin inkişafına yönələn 5 günlük qış universitetində iştirakçılar maraqlı simulasiya və idman yarışları, maarifləndirici və intellektual oyunlar vasitəsilə  vaxtlarını səmərəli dəyərləndirəcəklər.

Aşağıda qeyd olunan 4 istiqamət üzrə keçiriləcək qış univerisiteti çərçivəsində tələbələr peşəkar mütəxəssislərin, spikerlərin və təlimçilərin iştirakı ilə interaktiv sessiyalarda, panellərdə iştirak edərək ixtisas biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər.

İstiqamətlər:

1.    Maliyyə, iqtisadiyyat və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr; (4-8 fevral, 2022)

2.    Riyaziyyat, fizika və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr; (4-8 fevral, 2022)

3.    Jurnalistika, ictimaiyyətlə əlaqələr, media və kommunikasiya, dövlət və ictimai münasibətlər və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr; (9-13 fevral)

4.    Təhsil idarəetməsi, pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələr. (9-13 fevral)

Hər biri 5 gün (4 gecə) olmaqla 4 fərqli istiqamət üzrə keçiriləcək tələbə düşərgəsində III və IV kursda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələr qeydiyyatdan keçərək qoşula bilərlər. Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və müsahibə mərhələsi keçiriləcək. Bu mərhələləri uğurla keçən şəxslər iştirak hüququ qazanacaqdır.

Qış tətil günlərini intellektual və yaradıcı potensialını inkişaf etdirmək, əylənərək öyrənmək, öz ideya və təkliflərini mütəxəssislərlə paylaşmaq, nəzərdə tutulan infosesssiyalarda iştirak etmək, həmçinin asudə vaxtının daha faydalı keçirmək istəyirsənsə aşağıdakı ərizə formasını dolduraraq qeydiyyatdan keç!

https://forms.gle/w2ZzTrjtabX3E3HB8

Qeydiyyat üçün son tarix: 15 yanvar, 2023-cü il.

Qış Universitetində iştirakçı sayı məhduddur. Yalnız seçilən şəxslərə yekun seçim nəticələri barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.

Əlaqə: Apply@konullu.edu.az

Xəbərlər
Bu gün xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Bu gün xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Bu gün xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür.Dərin hörmət və ehtiramla anırıq!
“Bir” tələbə-könüllümüz Elm və Təhsil Nazirliyində işlə təmin olunub.
“Bir” tələbə-könüllümüz Elm və Təhsil Nazirliyində işlə təmin olunub.
“Bir” tələbə-könüllümüz Elm və Təhsil Nazirliyində işlə təmin olunub.Qeyd edək ki, Rəvanlı Səyyarə uzunmüddət “Bir Könüllü” təşkilatında aktiv könüllü kimi fəaliyyət göstərib. Şəxsi keyfiyyətləri, bil
"Bir" tələbə-könüllülər Azərbaycan Könüllülərinin V Həmrəylik Forumunda iştirak edib.
Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu keçirilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifa
SAF (STEAM Azerbaijan Festival) 2022 layihəsinə 250 “Bir” tələbə-könüllü dəstək göstərir.
SAF (STEAM Azerbaijan Festival) 2022 layihəsinə 250 “Bir” tələbə-könüllü dəstək göstərir.
Azərbaycan Respublikası Elm və Təshil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Baku Expo Mərkəzində keçirilən SAF (STEAM Azerbaijan Festival)
Əziz könüllülərimiz, Sizi 5 Dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə ürəkdən təbrik edir, bu yolda sizə uğurlar arzulayırıq!
Əziz könüllülərimiz, Sizi 5 Dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə ürəkdən təbrik edir, bu yolda sizə uğurlar arzulayırıq!
Ağdamın işğaldan azad olunmasından 2 il ötür.
Ağdamın işğaldan azad olunmasından 2 il ötür.
Ağdamın işğaldan azad olunmasından 2 il ötür.
Xaricdə təhsil barədə məlumatlandırma sessiyası keçirilib!
Xaricdə təhsil barədə məlumatlandırma sessiyası keçirilib!
“Bir Könüllü” Təşkilatının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə 18 noyabr tarixində Azərbaycan Texniki Universitetində xaricdə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında BİR!
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında BİR!
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında BİR! Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Bir Könüllü” təşkilatının növbəti təqdimatı keçirilib. 250-dən çox tələbənin i
Xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən olan 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə hər birinizi təbrik edirik!

Xaricdə Təhsil barədə məlumatlandırma sessiyası!
Xaricdə Təhsil barədə məlumatlandırma sessiyası!
Əziz Azərbaycan Texniki Universitetinin tələbələri,“Bir Könüllü” Təşkilatının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə 18 noyabr t
Azərbaycan Universitetində BİR !
Azərbaycan Universitetində BİR !
Azərbaycan Universitetində BİR ! Azərbaycan Universitetində "Bir Könüllü” təşkilatının növbəti təqdimatı keçirilib. 200-dən çox tələbənin iştirakı ilə keçirilən təqdimatda təşkilata üzv olma prosesi,
Para-cüdo üzrə Dünya Çempionatının keçirilməsində 40-dan çox  “Bir” tələbə-könüllülər dəstək göstərib.
Para-cüdo üzrə Dünya Çempionatının keçirilməsində 40-dan çox “Bir” tələbə-könüllülər dəstək göstərib.
Para-cüdo üzrə Dünya Çempionatının keçirilməsində 40-dan çox “Bir” tələbə-könüllülər dəstək göstərib.1 aydan çox fəaliyyət göstərən könüllülərimiz tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici