“Zəfər Liqası” futbol turnirinin qalibi “Bir Könüllü” komandası oldu

Azərbaycan könüllüləri arasında keçirilən “Zəfər Liqası” futbol turniri başa çatıb.

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə təşkil olunan “Zəfər Liqası” futbol turnirinin final görüşü baş tutub.
8 noyabr – şanlı Zəfər Gününə həsr olunmuş turnirdə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən 10 könüllü təşkilatı mübarizə aparıb.
29 oktyabr – 11 noyabr tarixlərini əhatə edən turnir çərçivəsində ardıcıl olaraq qrup mərhələsi, 1/2 final və final oyunları baş tutub. Final görüşündə “Bir Könüllü” və “Event Volunteer Service” könüllülərini təmsil edən komandalar üz-üzə gəlib. Yekunda “Bir Könüllü” komandası 3:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.
Mükafatlandırma mərasimində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katib müavini Kamran Vəliyev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova tərəfindən könüllülərə kubok və medallar təqdim edilib.
Komandamızı qələbə münasibətilə təbrik edirik!

Xəbərlər
 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Qərbi Kaspi Universitetində BİR !
Qərbi Kaspi Universitetində BİR !
Qərbi Kaspi Universitetində "Bir Könüllü” təşkilatının növbəti təqdimatı keçirilib. 200-dən çox tələbənin iştirakı ilə keçirilən təqdimatda təşkilata üzv olma prosesi, könüllülük fəaliyyətinin üstünl
''Zəfər'' adlı həvəskar voleybol turnirinin yarımfinal və final oyunu keçirilib.
''Zəfər'' adlı həvəskar voleybol turnirinin yarımfinal və final oyunu keçirilib.
“Bir Könüllü” tələbələrin əməkdaşlığı ictimai birliyinin təşkilatçılığı ilə 5 noyabr tarixində “Təhsil” Respublika İdman Mərkəzinin “Zağulba” tədris-idman bazasında 44 günlük Vətən müharibəsində Azərb
Azərbaycan könüllüləri arasında “Dəmir Yumruq” intellektual yarışı keçirilib.
Azərbaycan könüllüləri arasında “Dəmir Yumruq” intellektual yarışı keçirilib.
Azərbaycan könüllüləri arasında “Dəmir Yumruq” intellektual yarışı keçirilib.Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən mühar
“Şuşa - 2022: Gənclər Sülh Quruculuğunda” tədbirində könüllü ol!
“Şuşa - 2022: Gənclər Sülh Quruculuğunda” tədbirində könüllü ol!
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 23-28 noyabr tarixlərində  “Şuşa - 2022: Gənclər Sülh Qu
#TələbəTəlimçi olmaq istəyənlər üçün
#TələbəTəlimçi olmaq istəyənlər üçün "Bir Gələcək" layihəsi başlayır.
#TələbəTəlimçi olmaq istəyirsən? Öz bilik və bacarıqlarını, nailiyyətlərini, uğur hekayəni məzun olduğun və eləcə də digər orta məktəblərin 8, 9, 10-cu siniflərdə təhsil alan şagirdlərlə paylaşmaq im
Yüksəliş” qaliblərinin tələbələrlə növbəti görüşü - Mehriban Nəzərovanın təqdimatında!
Yüksəliş” qaliblərinin tələbələrlə növbəti görüşü - Mehriban Nəzərovanın təqdimatında!
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu ilə əməkdaşlıq çərçivəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “Yüksəliş” qaliblərinin tələbələr
Bakı şəhəri və ətraf qəsəbə və kənd məktəblərinin şagirdləri üçün “Bir Gələcək” layihəsi başlayır!
Bakı şəhəri və ətraf qəsəbə və kənd məktəblərinin şagirdləri üçün “Bir Gələcək” layihəsi başlayır!
Əziz tələbə-könüllülər,“Bir Könüllü” təşkilatı sizi məktəb illərinə geri qaytaracaq. Necə?Belə ki, Bakı şəhəri və ətraf qəsəbə və kəndlərdə keçiriləcək “Bir Gələcək” layihəsi çərçivəsində təhsil illər
“Zəfər” turnirinin birinci turu yekunlaşdı.
“Zəfər” turnirinin birinci turu yekunlaşdı.
44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı qələbəyə həsr olunan “Zəfər” turnirinin birinci turu yekunlaşdı. Ümumilikdə 32 komandanın iştirak etdiyi turnirin növbəti seçmə mərhələsind
Tələbələr arasında şahmat turniri keçirilib.
Tələbələr arasında şahmat turniri keçirilib.
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Binəqədi Gənclər Evi" sos
“Zəfər” turnirinin birinci turu keçirildi.
“Zəfər” turnirinin birinci turu keçirildi.
23 oktyabr tarixində 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı qələbəyə həsr olunan “Zəfər” turnirinin birinci turu keçirildi. Ümumilikdə 32 komandanın iştirak etdiyi turnirin ilk g
Bakı Slavyan Universitetində “Xaricdə təhsil barədə məlumatlandırma sessiyası” keçirildi.
Bakı Slavyan Universitetində “Xaricdə təhsil barədə məlumatlandırma sessiyası” keçirildi.
“Bir Könüllü” Təşkilatının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə 24 oktyabr tarixində Bakı Slavyan Universitetində xaricdə təhs