Azərbaycan Tələbə Könüllülərinin Forumu könüllüləri birləşdirdi!

Dekabrın 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin tərəfdaşlığı ilə Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən və Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan “Azərbaycan Tələbə Könüllülərinin Forumu - 2019”  keçirilib.

Tədbirdən əvvəl Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Forumun keçirilməsində əsas məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına yardım etməkdən ibarətdir.

 

Forumda Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, millət vəkilləri, 400-dən çox tələbə-könüllü iştirak edib.

 

Dövlət himni səsləndirildikdən sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Forum iştirakçılarını salamlayan Ceyhun Bayramov tədbirin mühüm tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

 

Ceyhun Bayramov bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğulayıb.

 

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyətləri danılmazdır. “Bir” tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir.

Forumda “Bir” Tələbə-Könüllü proqramı Beynəlxalq Könüllülər günü münasibətilə BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə BMT-nin İnkişaf Proqramı Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti tərəfindən mükafatlandırılıb.

 

Tədbirdə Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən “Elektron könüllü portalı”nın nəticələri və Proqramın hesabatı təqdim olunub. “Elektron könüllü portalı” vasitəsilə 8740 tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabı vasitəsilə əldə edib.

Forumda ilin ən fəal tələbə-könüllüləri mükafatlandırılıb.

 

"Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 26 ali və 18 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 23000-dən artıq könüllü bazasına sahibdir.

Xəbərlər
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təqdimatları davam edir
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təqdimatları davam edir
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün təqdimatları davam edir. Oktyabrın a
Azərbaycanda ilk dəfə keçirilən tədbirə “BİR” tələbə-könüllülərdən 902 könüllülük saatı dəstək verib
Azərbaycanda ilk dəfə keçirilən tədbirə “BİR” tələbə-könüllülərdən 902 könüllülük saatı dəstək verib
28-30 iyun tarixlərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandaki Ölkə üzrə Nümayəndəliyi tərəfindən Azərbaycanda ilk dəfə “Yarat” Müa
“BİR” tələbə-könüllülər Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində
“BİR” tələbə-könüllülər Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində
İyunun 19-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumları
“BİR” tələbə-könüllü ölkəmizi Avstriyada təmsil etdi!
“BİR” tələbə-könüllü ölkəmizi Avstriyada təmsil etdi!
Avstriyanın Salzburq şəhərində 58 ölkədən 174 nəfərin iştirak etdiyi “Red Bull Paper Wings” – tələbələr arası kağız təyyarələri üzrə yarışma keçirilib. &ldqu
Milli Paralimpiya Komitəsi tərəfindən “Bir” Tələbə-Könüllü proqramına təşəkkürnamə verildi
Milli Paralimpiya Komitəsi tərəfindən “Bir” Tələbə-Könüllü proqramına təşəkkürnamə verildi
Milli Paralimpiya Komitəsində 13 -14 may tarixlərində Bakı şəhərində keçirilmiş para cüdo idman növü üzrə “IBSA JUDO GRAND PRIX BAKU 2019” yarışının uğurla həyat
“Bir” Tələbə-Könüllü proqramından Bakı Nəqliyyat Agentliyinə dəstək
“Bir” Tələbə-Könüllü proqramından Bakı Nəqliyyat Agentliyinə dəstək
Bakı Nəqliyyat Agentliyinin tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi ilə “Səyahətin başlanğıcı və son n&oum
Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri Heydər Əliyev adına Böyük Dəbilqə turnirində BİRlik nümayiş etdiriblər
Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri Heydər Əliyev adına Böyük Dəbilqə turnirində BİRlik nümayiş etdiriblər
10-12 may 2019-cu il tarixlərində Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo üzrə “Böyük Dəbilqə”  beynəlxalq turnirinin təşkilinə Təhsil Nazirliyin
“BİR” tələbə-könüllülərin Şuşa ilə bağlı aksiyası 100 mindən çox insanı birləşdirdi
“BİR” tələbə-könüllülərin Şuşa ilə bağlı aksiyası 100 mindən çox insanı birləşdirdi
“BİR” tələbə-könüllülərin Şuşa ilə bağlı aksiyası 100 mindən çox insanı birləşdirdi Təhsil Nazirliyinin “BİR” tələbə-könüllülərinin təşə
“BİR” tələbə-könüllülərin Şuşa ilə bağlı aksiyası davam edir
“BİR” tələbə-könüllülərin Şuşa ilə bağlı aksiyası davam edir
1992-ci il mayın 8-də erməni silahlı birləşmələri tərəfindən Şuşa şəhəri işğal olunub və Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfində
“BİR” tələbə-könüllülər Böyük Vətən müharibəsi veteranları ilə görüşüb
“BİR” tələbə-könüllülər Böyük Vətən müharibəsi veteranları ilə görüşüb
Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev faşizm üzərində 9 may - Qələbənin 74-cü ildönümü münasibətilə 1941-45-ci illər Böyük Vətən m
Bakı Marafonuna 600-dən çox “BİR” tələbə-könüllü dəstək verdi
Bakı Marafonuna 600-dən çox “BİR” tələbə-könüllü dəstək verdi
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib. Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib. “K&u
Tələbə-könüllülər yenə Bakı Marafonunda BİR olacaqlar!
Tələbə-könüllülər yenə Bakı Marafonunda BİR olacaqlar!
Təhsil Nazirliyinin 600-dən çox “BİR” tələbə-könüllüsü Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək “Bakı Marafonu - 2019”a də