Düşərgənin açılış mərasimində iştirak edən Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Nəsibov, İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova tələbələri salamlayıblar və sertifikasiya prosesində, həmçinin müəllimlərin işə qəbulu müsabiqəsində göstərdikləri dəstək üçün könüllülərə xüsusi təşəkkürlərini bildirib, eyni zamanda festivalın tələbələrin şəxsi inkişafı və uğurlu sosial münasibətlərin qurulmasında böyük əhəmiyyəti olmasından bəhs ediblər.
Günün ikinci yarısında düşərgə iştirakçıları voleybol, futbol və basketbol kimi müxtəlif idman növlərində bir-birləri ilə yarış keçiriblər. Günün sonunda isə iştirakçılar üçün əyləncəli musiqi axşamı təşkil olunub.