Azərbaycanda könüllülük fəaliyyəti üçün qlobal platforma olan “Spatrix” işə salınır!

2020-ci il bəşəriyyətin müasir tarixində ən mürəkkəb illərdən biridir. Lakin məhz bu il bizə bir-birimizə daha yaxın olmağı, bizimlə bir dünyada yaşayanların yardıma ehtiyacı olduğunu və onlara qayğı göstərməyi öyrətdi. Son bir neçə ay ərzində yardım çağırışlarının sayı artıb. Biz sosial şəbəkələrdən, mobil tətbiqlərdən, dostlarımızdan və doğmalarımızdan müxtəlif məlumatlar alırıq. Şübhəsiz ki, bu dünya yaranmış vəziyyətin öhdəsindən gələ bilmir və hər birimizdən səy göstərməyimiz tələb olunur. Lakin bunu necə etmək olar? Heç də həmişə yardım göstərmək istəyənlər yardıma ehtiyacı olanları asanlıqla tapa bilmirlər.

Bu məqsədlə Azər Türk Bankın maliyyə dəstəyi ilə “Spatrix” rəqəmsal platforması yaradılıb. Platformanın əsas vəzifəsi ümumi rifaha nail olmaq üçün müxtəlif mürəkkəblik səviyyəsindəki məsələləri həll etməyə hazır olan təşkilat və fərdləri bir araya gətirməkdir.

Platforma necə işləyir?

“Spatrix” platformasında iki qrup qeydiyyatdan keçə bilər: mütəmadi olaraq aksiya və layihələr həyata keçirən təşkilatlar (dövlət strukturları, şirkətlər, ictimai birliklər) və könüllü fəaliyyətlə məşğul olmaq istəyən fərdlər (yaşından və fərqindən aslı olmayaraq hərkəs).

Təşkilatlar öz sosial layihələrini bu platformada nümayiş etdirmək və könüllüləri bu layihələrdə iştirak etməyə çağırmaq imkanına malikdir. Bundan əlavə, təşkilat layihələrdə iştirak etdiyinə görə könüllülərə bal və təşəkkür məktubları göndərə bilir. Könüllülər də öz növbəsində onları maraqlandıran hər hansı bir layihəni seçə və qoşula bilirlər.

Hər bir potensial layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əlavə olunur, bu da təşkilatlar və könüllülərin fəaliyyətinin ümumilikdə qlobal rifaha nail olmaq üçün bir addım olduğunu anlamağa imkan verir. Könüllülər və təşkilatlar üçün ərazi məhdudiyyəti yoxdur. Yəni, hər hansı bir ölkədən olan könüllü dünyanın müxtəlif yerlərində həyata keçirilən istənilən layihəyə qoşula bilər.

Platforma “blockchain” texnologiyası əsasında yaradılıb. Buna görə platforma iştirakçılarının bütün fəaliyyəti tamamilə şəffafdır və məlumatları etibarlı şəkildə qorunur.

Qeydiyyatdan indi keçə bilərsiz: www.spatrix.net

Platforma dövlət bankı olan “Azər Türk Bank”ın maliyyə dəstəyi ilə yaradılıb. Platformanın ilk istifadəçiləri "Bir” tələbə-könüllü proqramının üzvləri oldu.

Xəbərlər
QHT şurasının maliyyə dəstəyi ilə tələbə-könüllülər üçün “Postpandemiya dövründə birlik” adlı layihə həyata keçiriləcək
QHT şurasının maliyyə dəstəyi ilə tələbə-könüllülər üçün “Postpandemiya dövründə birlik” adlı layihə həyata keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctim
Azərbaycan Könüllü Təşkilatları İttifaqı təsis edilib
Azərbaycan Könüllü Təşkilatları İttifaqı təsis edilib
Ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət alması və səmərəliliyinin gücləndirilməsi məqsədilə avqustun 20-də Azərbaycan Könüllü Təşkilatları İ
Müəllimlərinin işə qəbulu üzrə müsabiqəyə BİR tələbə-könüllülər dəstək verir
Müəllimlərinin işə qəbulu üzrə müsabiqəyə BİR tələbə-könüllülər dəstək verir
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərinin işə qəbulu üzrə müsabiqənin Bakı və Sumqayıt şəhərlərində keçirilən test mərhələsinin təşkilin
Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur!
Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur!
Vətənimiz üçün könlümüz birdir! Allah şəhidlərimizə rəhmət eləsin. #Azərbaycan #Azərbaycanəsgəri #bir #birkonullu
Möhkəm dayan, Azərbaycan əsgəri!
Möhkəm dayan, Azərbaycan əsgəri!
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Allah şəhidlərimizə rəhmət eləsin
AKƏM-in fəal #BİR könüllüləri!
AKƏM-in fəal #BİR könüllüləri!
AKƏM-in fəal #BİR könüllüləri! Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi koronavirus (COVID-19) pandemiyası dövründəki fəaliyyəti çərçivəsində görülən t
Biz birlikdə güclüyük!
Biz birlikdə güclüyük!
Biz birlikdə güclüyük! Azərbaycan könüllüləri xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməsinə nəzarət üzrə fasiləsiz xidmət göstərən hü
Yaşadığımız dünyanı #BİRlikdəqoruyaq!❤
Yaşadığımız dünyanı #BİRlikdəqoruyaq!❤
Yaşadığımız dünyanı #BİRlikdəqoruyaq!❤ Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şəki, Masallı, Şamaxı, Gəncə və Lənkəran regionları üzrə "BİR" tələbə-könüll&
 “BİR” tələbə-könüllülər koronavirus pandemiyası dövründə birlik nümayiş etdirdi
“BİR” tələbə-könüllülər koronavirus pandemiyası dövründə birlik nümayiş etdirdi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev koronavirus pandemiyasının yayıldığı ilk günlərdə könüllülərin vətəndaşlara dəstəyi üçün çağırış etdi. Pr
Tələbə-könüllülərimiz “Bir-birimizi qoruyaq” aksiyasına dəstək olaraq BİRlik nümayiş ediblər!
Tələbə-könüllülərimiz “Bir-birimizi qoruyaq” aksiyasına dəstək olaraq BİRlik nümayiş ediblər!
Tələbə-könüllülərimiz “Bir-birimizi qoruyaq” aksiyasına dəstək olaraq BİRlik nümayiş ediblər! Sosial aksiya çərçivəsində fəaliyyət göstərən tələbə
1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə bütün uşaqları təbrik edirik!
1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə bütün uşaqları təbrik edirik!
1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə bütün uşaqları təbrik edirik!❤ Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Uşaqlar
“BİR” tələbə-könüllülərin dəstəyi ilə Respublika Hospitalı “üz sipəri” ilə təmin olunub
“BİR” tələbə-könüllülərin dəstəyi ilə Respublika Hospitalı “üz sipəri” ilə təmin olunub
Təhsil Nazirliyinin “BİR” tələbə-könüllülərinin dəstəyi ilə Daxili İşlər Nazirliyi Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı yüzlərlə “üz si