Bir bloq

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz

“Bir” Tələbə-Könüllü Proqramı – gənclər üçün yaradılan imkan
“Bir” Tələbə-Könüllü Proqramı – gənclər üçün yaradılan imkan

“Sən saydığını say, gör bir fələk nə sayır” Uzun və ya qısa-müddətli hədəflər, planlamalar sizə mənasız gəlir? Yuxarıdakı atalar sözündə deyildiyi kimi, biz hədəflər təyin etsək də, həyatın nə gətirəcəyini bilmirik. Məsələn, karantindən əvvəl qısa və uzun müddətli hədəflər müəyyən edən şirkətlər, fərdlər istiqamətlərini dəyişməli və yeni hədəflər təyin etməli oldular.Hədəflərə həmişə çatmaya bilərik, amma çata bilmədiyimiz hədəflər sayəsində belə, bir şey əldə edirik. Məsələn, TƏCRÜBƏ.Belə bir söz də var:“Hədəfi olmayan gəmiyə heç bir külək yardım etməz”Hədəflər təyin etmədən yaşam çox xaotik olmazmı?İş axtarmaq, iş tapmaq, işinizdə uğur qazanmaq... Bütün bunların ilk addımı karyeranız üçün  düzgün hədəflərlə təyin etməkdən keçir.Hədəflərin müəyyənləşdirilməsi karyera planlaşdırma prosesinin əhəmiyyətli bir hissəsidir.Karyera planınızda həm uzun, həm də qısamüddətli hədəfləri olmalıdır. Hər birinə çatmaq üçün atacağınız addımları və sizə mane ola biləcək maneələri aşmağın yollarını da təyin etmək vacibdir.Bəzən, üç aydan az bir müddətdə qısa müddətli bir hədəflərinzə çata bilərsiniz və uzunmüddətli bir hədəfin tamamlanması beş ildən çox ola bilər. Hər bir uzunmüddətli hədəfə çatmaq üçün əvvəlcə həm qısamüddətli hədəflər təyin edilməlidir.  Hədəflərinizin həyata keçirilməsini təmin etmək üçün beş əsas elementi nəzərdən keçirməlisiniz. Bu beş elementin nəzərə alınaraq təyin edildiyi hədəflər “SMART hədəf” adlanır. SMART ingiliscə specific (dəqiq), measurable (ölçülə bilən), achievable (əldə oluna bilən), relevant (uyğun), time-bound (vaxt çətçivəsində) sözlərinin baş həriflərindən yaranan ifadədir. Bu o deməkdir ki, hədəflər spesifik, ölçülə bilən, sizə uyğun, müəyyən vaxt çərçivəsində həyata keçirilə bilən və əldə edə biləcəyiniz real hədəflər olmalıdır.Keçmişdə həddindən artıq qeyri-müəyyən olduğu üçün hədəflərinizə çatmamış ola bilərsiniz. Zəif planlanmış bir hədəfə doğru getmək əlçatmaz görünə bilər. SMART hədəflərinin yaradılması bu problemləri həll etməyə kömək edə bilər. İstər şəxsi, istərsə də peşə hədəfləri təyin etməyinizdən asılı olmayaraq, SMART hədəf üsulunu istifadə edərək uğur qazanmaq üçün güclü bir zəmin yarada bilərsiniz.Şəxsi həyata dair hədəflərŞəxsi həyatınız üçün hədəflər qoymaq şəxsi nailiyyətlər əldə etməyinizə kömək edəcəkdir.

Bloqunu bizə göndər
Moderatorlarımız ən qısa zamanda bloqunuzu nəzərdən keçirib, uyğun olduğu halda saytımızda paylaşacaqlar.