Bir bloq

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz

Nə zamanki heçnə yolunda getmir, deməli...
Nə zamanki heçnə yolunda getmir, deməli...

Əslində bu yolun əvvəlində nəinki koordinator, heç könüllü olmağa elə də həvəsli biri deyildim. Sakit, səssiz bir tələbəlik həyatı fikirləşirdim və planlarımı da buna uyğun qurmuşdum. 2022-ci ilin aprel-may aylarında bəlkə həyatımın ən həvəssiz, motivasiyasız günlərini keçirirdim. Sosial şəbəkələrdə dostlarımın müxtəlif təşkilatlarda könüllü kimi fəaliyyətlərini izləyirdim, düzü əvvəl marağımı çəkməsə də, bir anlıq könüllülüyün həyatıma rəng qata biləcəyi fikrinə düşdüm. Amma təbii ki, bu yolda tamamilə təcrübəsiz biri üçün hardan başlayacağımı, hansı könüllülük təşkilatının mənim üçün faydalı ola biləcəyini bilmirdim. Ona görə də, qrup nümayəndəmizdən aktiv könüllü kimi fəaliyyət göstərə biləcəyim könüllü təşkilatlarını məsləhət görməsini xahiş etdim. Bir neçə gün sonra isə mənə mesaj bölməsindən "Bir" koordinator olmaq üçün qeydiyat linki göndərib, mənim özümü sınamağım üçün maraqlı təcrübə olacağını bildirdi. Qeydiyyatdan keçdim və iyul ayında mənimlə əlaqə saxladılar. Müsahibədə çox rahat idim, niyəsə əmin idim ki, seçiləcəm. Çünki artıq başlamaq üçün qərar vermişdim, nə həyəcan var idi, nə də əvvəlki komplekslərim.  Avqustda 1 aylıq təcrübə müddətindən sonra artıq rəsmi olaraq koordinator seçildiyimi bildirdilər. 1 ay müddətində seçildiyim “StudentFest 2022” tələbə düşərgəsində də maraqlı, olduqca əyləncəli vaxt keçirtdim. Həm də düşərgənin koordinatoru idim deyə, iş məsuliyyətlərimi yerinə yetirmək mənə böyük iş təcrübəsi qazandırdı deyə bilərəm.

Xülasə könüllülük fəaliyyəti mənim xarakterimdə böyük dəyişiklik yaratdı. Yeni insanlar tanımaq, bir yerdə öyrənmək, yeni dostlar qazanmaq, səmərəli vaxt keçirmək məni bir çox neqativ fikirlərdən uzaqlaşdırdı.Bu hərkəsdə olur, mühit dəyişir, normaldır deyə düşünmək olar, ancaq həqiqətən mənim psixoloji həyatımın qurtarıcısı oldu. İndi “Bir Könüllü” təşkilatının UNEC üzrə koordinatoruyam. Çox maraqlıdır mənim üçün. Demək olar hər gün universitetdən çıxıb, “Bir Könüllü”nün ofisinə gedirəm. Hər gün yeni nələrsə öyrənirəm, maraqlı vaxt keçirirəm.

Qısacası könüllülük qazandırır, bunu unutmayın. Həyatımıza hgözləmədiyimiz bir özəllik və ya xüsusiyyət qatır.

Bloqunu bizə göndər
Moderatorlarımız ən qısa zamanda bloqunuzu nəzərdən keçirib, uyğun olduğu halda saytımızda paylaşacaqlar.