Şəkidə “Avropa şəhərciyi”ndə BİR olduq

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 23-də Şəki şəhərində “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub. Açılış mərasimində Aİ-yə üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və təmsilçiləri, şəhər sakinləri iştirak ediblər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialının tələbə-könüllüləri də “Avropa şəhərciyi”nin uğurla həyata keçirilməsi üçün təşkilatçılıq işlərində fəaliyyət göstərərək BİRlik nümayiş etdiriblər.