Əziz "BİR" Tələbə-Könüllülər, Beynəlxalq təmizlik aksiyasına dəvətlisiniz!

24 sentyabr tarixində Bilgəh çimərliyində Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü çərçivəsində "Coca-Cola" şirkətinin təşkilatçılığı ilə Xəzər sahilyanı təmizlik aksiyası keçiriləcək. Hər ilin sentyabr ayında keçirilən Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü "Coca-Cola" tərəfindən artıq 20 ildən çox dəstəklənən və yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır.

"Bir" Tələbə-Könüllü proqramı olaraq biz də bu aksiyaya dəstək veririk. Hər il yüzlərlə insanın iştirak etdiyi təmizlık aksiyası iştirakçılara ətraf mühitin önəmini dəyərləndirməyə imkan verir, təbiətə qayğı və məsuliyyətlə yanaşma mədəniyyətini formalaşdırır. Sən də "Bir" Tələbə-Könüllü olaraq bu aksiyaya dəstək vermək, bizimlə BİR olmaq istəyirsənsə, gəl və bizə qoşul!

Qeyd edək ki, iştirakçılar təşkilatçılar tərəfindən bütün gərəkli ləvazimatlar (köynək, əlcək, zibil paketləri, dezinfeksiya və təmizlik vasitələri), nəqliyyat, qida və aksiya ərzində sərinləşdirici içkilərlə təmin olunacaqlar. Aksiya musiqili əyləncə proqramı ilə yekunlaşacaq.