Ölkəmizdə ilk dəfə keçirilən “Cırtdan - nağıllar aləmində” adlı meqa-şounun səhnə arxasından 100-dən çox tələbə-könüllü fəaliyyət göstəriblər.
Bakı Konqres Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 22 dekabrdan-6 yanvaradək edən “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şou keçirildi.
Tədbirin dekabrın 15-də keçirilən ilk günündə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.
Tədbirdə tələbə-könüllülər qonaqların qarşılanması, məlumatlandırılması, uşaqlara müşayiət olunması, səhnə arxasına kömək olunması, hədiyyələrin hazırlanması və s. işlərdə könüllü qismində fəaliyyət göstəriblər.
Xeyriyyə məqsədi daşıyan meqa-şoudan əldə olunan gəlir Talassemiya Mərkəzinə köçürüldü.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-ə yaxın vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-ə yaxın çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.