16-9 iyun 2019-cu il tarixlərində Bakı İdman Sarayında keçirilən Azərbaycan Badminton Federasiyası tərəfindən təşkil olunan badminton üzrə “Azerbaijan International 2019” turnirinin təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri könüllü dəstəyi göstəriblər. 100-ə yaxın “BİR” tələbə-könüllülər 4 iyun tarixindən etibarən iştirakçıların hava limanında qarşılanması, yönləndirilməsi, idmançı və xarici nümayəndə heyətlərinin müşayiət olunması, məlumatlandırılması, eləcə də tədbir məkanının təşkil olunması işlərində uğurla fəaliyyət göstəriblər.
Həmçinin, “Bir” Tələbə-Könüllü proqramı 40 ali və orta təhsil müəssisəsini əhatə edir. 23.000 könüllü bazası olan Proqramın əsas məqsədi qoşulan könüllülərin dünya görüşünün artırılması, yeni dostlar qazanmaq və unudulmaz anlar yaşamasına nail olunması, tələbəlik həyatınnı rəngarəng və faydalı keçirməsi, fərdi və ictimai fəaliyyətlərinin inkişafına şərait yaradılması, asudə vaxtlarının səmərəli təşkil olunması, şəbəkələşməsinin təmin olunmasıdır.