13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində BİR olduq!

10-12 oktyabr tarixlərində baş tutan, 22 ölkədən 152 təhsil strukturunun iştirak etdiyi 13-cü Azərbaycan
Beynəlxalq Təhsil Sərgisində Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının stendi nümayiş olunub.
Proqramın 4 illik fəaliyyətinin sərgiləndiyi stenddə sərgi iştirakçılarına könüllülük barədə məlumat verilib,
müxtəlif oyunlar keçirilib. Stend Azərbaycan Respublikası Prezientinin Administrasiyasının humanitar
siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun
Bayramov, digər rəsmi qonaqlara təqdim olunub və Proqramın fəaliyyəti il bağlı məlumat verilib.
Həmçinin, stend yüzlərlə xarici və yerli qonaqların marağına səbəb olub.
Sərginin açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, bu ilki sərgidə dünyanın
22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir. Prezident İlham Əliyev tərəfindən təsdiq
edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən
dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri
qəbul edilib və layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin,
müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub.
Həmçinin, sərginin təşkilində 20 - dən çox tələbə-könüllümüz öz könüllü dəstəyini göstərib.
Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı 2015-ci ildən indiyəqədər Bakı, Sumqayıt,
Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Şamaxı şəhərləri olmaqla 40 ali və orta ixtisas
təhsil müəssisələrini əhatə edir. 23.000 könüllü bazası olan Proqramın əsas məqsədi qoşulan
könüllülərin dünya görüşünün artırılması, yeni dostlar qazanmaq və unudulmaz anlar yaşamasına nail
olunması, tələbəlik həyatınnı rəngarəng və faydalı keçirməsi, fərdi və ictimai fəaliyyətlərinin inkişafına
şərait yaradılması, asudə vaxtlarının səmərəli təşkil olunması, şəbəkələşməsinin təmin olunmasıdır. Artıq
4 ildən çoxdur fəaliyyət göstərən Proqram ilk dəfə Azərbaycan könüllülərinin onlayn platformasını
yaratmaqla yanaşı, ölkənin vahid könüllülük hərakatının inkişafına da kömək edir.