26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür və biz bu BİR günü əsgərlirimizlə keçirdik.

"BİR" tələbə-könüllülər N saylı hərbi hissədə əsgərlərimizlə görüşdə oldular. Onların bayramını təbrik etdi, xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə onlara fəxri fərman və hədiyyələr təqdim etdilər. Xatırladaq ki, tarixdə ən BİRinci könüllülər məhz hərbiçilər olub. Vətənimizin sərhədlərini qoruyan Silahlı Qüvvələrimizin sayıqlığı nəticəsində biz özümüzü hər zaman güvəndə hiss edirik. Buna görə ordumuzda xidmət edən hər bir əsgərə təşəkkür edirik! Bayramın mübarək, Azərbaycan əsgəri!