• Azərbaycanda ilk dəfə keçirilən tədbirə “BİR” tələbə-könüllülərdən 902 könüllülük saatı dəstək verib
  • Azərbaycanda ilk dəfə keçirilən tədbirə “BİR” tələbə-könüllülərdən 902 könüllülük saatı dəstək verib
  • Azərbaycanda ilk dəfə keçirilən tədbirə “BİR” tələbə-könüllülərdən 902 könüllülük saatı dəstək verib
  • Azərbaycanda ilk dəfə keçirilən tədbirə “BİR” tələbə-könüllülərdən 902 könüllülük saatı dəstək verib
02.07.2019

Azərbaycanda ilk dəfə keçirilən tədbirə “BİR” tələbə-könüllülərdən 902 könüllülük saatı dəstək verib

1116

28-30 iyun tarixlərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandaki Ölkə üzrə Nümayəndəliyi tərəfindən Azərbaycanda ilk dəfə “Yarat” Müasir İncəsənət Mərkəzində keçirilən inklüzivlik hakatonuna Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək verib.

İnklüzivlik hakatonunun birinci günündə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tələbə-könüllülərin əməyini dəyərləndirərək onlarla xatirə şəkli çəkdirib.

Tədbirdə 56 “BİR” tələbə- könüllü yüksək həvəs və maraqla tədbirin uğurla həyata keçirilməsi üçün BİRliyimizi nümayiş etdiriblər.

Azərbaycanda ilk dəfə təşkil olunan inklüzivlik hakaton yüzə qədər insanı paytaxt Bakıda bir araya gətirərərək onlara əlilliyi olan müxtəlif bacarıqlara malik insanlara dəstək göstərmək üçün innovativ yeniliklər yaratmaqda kömək edib.

Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri tədbirin təşkili, qonaqların qarşılanması, məlumatlandırılması, fiziki məhdudiyyətli insanların müşayiət olunması və digər işlərdə həvəslə fəaliyyət göstəriblər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkəmizin 7 şəhərində yerləşən 37 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. 22,000-ə yaxın artıq könüllü bazasına sahib olan Proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran və Mingəçevirdə keçirilmiş 470-dən çox müxtəlif səviyyəli tədbirləri müşaiət etmiş, bir sıra tədbir və aksiyaları təşkil etmişdir.  Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən Proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.