• Azərbaycanda könüllülük fəaliyyəti üçün qlobal platforma olan “Spatrix” işə salınır!
08.09.2020

Azərbaycanda könüllülük fəaliyyəti üçün qlobal platforma olan “Spatrix” işə salınır!

126

2020-ci il bəşəriyyətin müasir tarixində ən mürəkkəb illərdən biridir. Lakin məhz bu il bizə bir-birimizə daha yaxın olmağı, bizimlə bir dünyada yaşayanların yardıma ehtiyacı olduğunu və onlara qayğı göstərməyi öyrətdi. Son bir neçə ay ərzində yardım çağırışlarının sayı artıb. Biz sosial şəbəkələrdən, mobil tətbiqlərdən, dostlarımızdan və doğmalarımızdan müxtəlif məlumatlar alırıq. Şübhəsiz ki, bu dünya yaranmış vəziyyətin öhdəsindən gələ bilmir və hər birimizdən səy göstərməyimiz tələb olunur. Lakin bunu necə etmək olar? Heç də həmişə yardım göstərmək istəyənlər yardıma ehtiyacı olanları asanlıqla tapa bilmirlər.

Bu məqsədlə Azər Türk Bankın maliyyə dəstəyi ilə “Spatrix” rəqəmsal platforması yaradılıb. Platformanın əsas vəzifəsi ümumi rifaha nail olmaq üçün müxtəlif mürəkkəblik səviyyəsindəki məsələləri həll etməyə hazır olan təşkilat və fərdləri bir araya gətirməkdir.

Platforma necə işləyir?

“Spatrix” platformasında iki qrup qeydiyyatdan keçə bilər: mütəmadi olaraq aksiya və layihələr həyata keçirən təşkilatlar (dövlət strukturları, şirkətlər, ictimai birliklər) və könüllü fəaliyyətlə məşğul olmaq istəyən fərdlər (yaşından və fərqindən aslı olmayaraq hərkəs).

Təşkilatlar öz sosial layihələrini bu platformada nümayiş etdirmək və könüllüləri bu layihələrdə iştirak etməyə çağırmaq imkanına malikdir. Bundan əlavə, təşkilat layihələrdə iştirak etdiyinə görə könüllülərə bal və təşəkkür məktubları göndərə bilir. Könüllülər də öz növbəsində onları maraqlandıran hər hansı bir layihəni seçə və qoşula bilirlər.

Hər bir potensial layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əlavə olunur, bu da təşkilatlar və könüllülərin fəaliyyətinin ümumilikdə qlobal rifaha nail olmaq üçün bir addım olduğunu anlamağa imkan verir. Könüllülər və təşkilatlar üçün ərazi məhdudiyyəti yoxdur. Yəni, hər hansı bir ölkədən olan könüllü dünyanın müxtəlif yerlərində həyata keçirilən istənilən layihəyə qoşula bilər.

Platforma “blockchain” texnologiyası əsasında yaradılıb. Buna görə platforma iştirakçılarının bütün fəaliyyəti tamamilə şəffafdır və məlumatları etibarlı şəkildə qorunur.

Qeydiyyatdan indi keçə bilərsiz: www.spatrix.net

Platforma dövlət bankı olan “Azər Türk Bank”ın maliyyə dəstəyi ilə yaradılıb. Platformanın ilk istifadəçiləri "Bir” tələbə-könüllü proqramının üzvləri oldu.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.