"Azerbaijan Coca-Cola Bottlers” şirkətini BİRlikdə Kəşf etdik!

BİR günlük qapılarını üzümüzə açan "Azerbaijan Coca-Cola Bottlers” (ACCB) zavodunda Könüllülərimiz asudə vaxtlarını səmərəli keçirdilər. Tur zamanı Könüllülərimiz "Coca-Cola"-nın tarixi, şirkətin İnsan Resursları və Marketinq strategiyaları haqqında ətraflı məlumatlandırıldılar. Könüllərimiz həmçinin istehsal prosesinin gedişatını izləyib, onları maraqlandıran suallara cavab tapdılar.
Maraqlı vaxt keçirən Könüllülərimiz Məlumat Turunun sonunda xatirə şəkli çəkdirərək bu günü BİR tarixə yazdılar!

Bu maraqlı və maarifləndirici günə görə Coca-Cola Bottlers Azerbaijan şirkətinə təşəkkürümüzü bildirik!