İyunun 25-i saat 16:00-da Azərbaycan-Fransız Universitetində Elektrik Mühəndisliyi Tələbələrinin Avropa Assosiasiyasının (@eestec )yerli bölməsi "EESTEC Baku”-nun bakalavriat və magistratura səviyyəsində təhsil tələbələr üçün məlumatlandırma sessiyası keçiriləcəkdir.
Qeyd olunan ixtisaslarda təhsil alan yerli universitetlərin tələbələri iştirak üçün müraciət edə bilərlər: elektrik və elektronika mühəndisliyi, energetika, elektroenergetika və istilik energetikası mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması, kompüter elmləri, kompüter mühəndisliyi və əlaqəli ixtisaslar.