Azərbaycan Könüllülərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan ağacəkmə aksiyası həyata keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, 100-dən çox Azərbaycan Könüllüsünün iştirakı ilə Müşfiqabad qəsəbəsində zeytun və eldar şamı daxil olmaqla 700 ədəd ağac əkilib.


Aksiyanın baş tutmasında əsas məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin mühafizəsinə hər zaman böyük önəm verən, bu günün Azərbaycan gənclərinə sağlam həyat buraxmaq üçün daima çalışan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eyni zamanda ümummilli liderin təbiətə, yaşıllıqlara qayğısını davam etdirməkdir.