Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində Akkreditasiya Şurasının yeni tərikbdə ilk iclası keçirilib.
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı ictimai birliyinin sədri Leyla Zeynalova da Şuranın yeni tərkibində təmsil olunub. İclasda bir sıra ali təhsil müəssisələrində həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirməsi əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib.