Bakının azad edilməsinin 100 illliyini BİRlikdə qeyd edək

Sentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək. Konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edəcək. 
Tədbir saat 20:00-da başlayacaq. Konsertə giriş zamanı “BİR könüllü” olduğunuzu deməyiniz kifayətdir. Lakin bu dəfə könüllü kimi fəaliyyət göstərmək üçün deyil əylənmək üçün BİR olacağıq

Konsert proqramına daxildir:
Vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar;
Azərbaycanın xalq, əməkdar artistləri, məşhur ifaçılar və qrupların çıxışları (Aygün Kazımova, Eyyub Yaqubov, Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, Natavan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qrupları)