Bakı şəhəri və ətraf qəsəbə və kənd məktəblərinin şagirdləri üçün “Bir Gələcək” layihəsi başlayır!
Əziz tələbə-könüllülər,
“Bir Könüllü” təşkilatı sizi məktəb illərinə geri qaytaracaq.
Necə?
Belə ki, Bakı şəhəri və ətraf qəsəbə və kəndlərdə keçiriləcək “Bir Gələcək” layihəsi çərçivəsində təhsil illəri ərzində yüksək nailiyyətlər əldə etmiş universitet tələbələri məzun olduqları və eləcə də digər orta məktəblərə səfərlər edərək orada 8, 9, 10-cu siniflərdə təhsil alan şagirdlərə özlərinin uğur hekayələrini danışaraq onları öz ixtisaslarına uyğun istiqamətlərdə yönləndirəcəklər.
Bundan əlavə layihə üçün seçilmiş təlimçilik bacarığı olan tələbələr şagirdlərə müxtəlif mövzularda təlimlər keçəcək.
Görüşlər ərzində tələbələr şagirdlərə mentorluq edərək onların ixtisas və ya peşə seçimləri ilə bağlı suallarını cavablandıracaq və onları maraqları üzrə düzgün sahəyə yönəlmələri üçün öz təcrübələrini bölüşərək şagirdlərə dəstəklərini vermiş olacaqlar.