• Beynəlxalq Könüllülər Günü münasibətilə tələbə-könüllülər üçün tədbir keçirilib

06.12.2018

Beynəlxalq Könüllülər Günü münasibətilə tələbə-könüllülər üçün tədbir keçirilib

148

Dekabrın 5-də Beynəlxalq Könüllülər günü münasibəti ilə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının “Yaşa” istiqaməti çərçivəsində Barattson şirkətinin dəstəyi və Libraff Gənclik Mall kitab evinin ev sahibliyi ilə yazar Nadir Adilov "Məqsədlisən!" adlı kitabının imza günü keçirilib. Tədbirdə BMT-nin Azərbaycan üzrə Könüllülər proqramının koordinatoru xanım Kiyoun Kim, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının nümayəndələri Canoğlan İlyasov, Ülviyyə Axundova və fəal tələbə-könüllülər iştirak ediblər.

Tədbirdə könüllülük fəaliyyəti və onun məqsədləri haqqında danışılıb, Beynəlxalq Könüllülər Günü münasibətilə tələbə-könüllülərə təbriklər ünvanlanıb. Gənclərə məqsədlərini müəyyən etmək, hədəflərinə çatmaq üçün əzmkar olmaq, özlərini daim inkişaf etdirmək istiqamətində öz dəyərli tövsiyələrini verən Barattson təhsil mərkəzinin rəhbəri Elşən Rəhimov, daha sonra imzalanan kitabları könüllülərə hədiyyə edib.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-ə yaxın vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 300-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.