Beynəlxalq Konfransda iştirak edərək, yeni bilikləri BİR ilə KƏŞF et!
28.08.2016

Beynəlxalq Konfransda iştirak edərək, yeni bilikləri BİR ilə KƏŞF et!

667

Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA, ADNSU, ADİU, AzTU və Çinin Siçuan Universitetinin təşkilatçılığı keçiriləcək “İdarəetmə elmi və Mühəndislik idarəetməsi” Beynəlxalq Konfransında SƏN də könüllü ol!

2016-cı ilin 31 avqust-2 sentyabr tarixlərində Bakıda keçiriləcək 10-cu Beynəlxalq konfrans əsasən mühəndislik və idarəetmə mövzularını əhatə edəcək.

“İdarəetmə elmi və Mühəndislik idarəetməsi” Beynəlxalq Konfransı zamanı könüllülər aşağıdakı fəaliyyətlərlə məşğul olacaqlar:

• Qonaqların hava limanında qarşılanması ;
• Konfrans boyunca qonaqların qeydiyyatının aparılması, müşayiət olunması və yarana biləcək sual/problemlərin həllində yardım göstərilməsi.

Çin, Tailand, ABŞ, Pakistan, Portuqaliya, Almaniyada və dünyanın bir neçə ölkəsində keçirilmiş “İdarəetmə elmi və Mühəndislik idarəetməsi” Beynəlxalq Konfransında SƏN də könüllü olaraq iştirak et! 

Bildirək ki, bir çox inkişaf etmiş ölkələrin konfransda akademik səviyyədə təmsili gözlənilir. Bu tədbirin BİR parçası olmaq fürsətini qaçırma!

İştirak üçün seçim meyarları:

• İngilis, rus, çin dillərini bilənlərə üstünlük veriləcək.

Qeydiyyat linki: https://1konullu.typeform.com/to/qiI3oU

Tarix: 31 avqust – 2 sentyabr 2016-cı il
Keçiriləcək yer: Fairmont Hotel
Son qeydiyyat tarixi: 20.08.2016


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.