Beynəlxalq Fizika Tələbələri Assosiasiyasının (International Association of Physics Students) yerli bölməsi Azərbaycanda fəaliyyətə başladı.

“Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü və dəstəyi ilə yaradılan Azərbaycan Fizika Tələbələri Cəmiyyəti  adı altında fəaliyyət göstərəcək təşkilat eyni zamanda Beynəlxalq Fizika Tələbələri Assosiasiyasının yerli bölməsi kimi çıxış edəcək. Təşkilatın əsas məqsədi Azərbaycanda fizika və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələrin arasında şəbəkələşməni və əməkdaşlığı gücləndirmək, onların asüdə vaxtının daha səmərəli və maraqlı keçirməsini təmin etməkdir. Belə ki, təşkilat fizika sahəsi üzrə beynəlxalaq konfranslarda tələbələrin iştirakının təşviq olunması, fizika ilə bağlı elmi kontentlərin hazırlanması, müxtəlif təlim, müsabiqə, olimpiada, ustad dərsləri, hakaton, düşərgə və.s kimi fəaliyyətlərin təşkil olunmasını hədəfləyir.