“Beynəlxalq Münasibətlər və Diplomatiya üzrə 2-ci Yay Məktəbi” nin ikinci günü iştirakçılar Hankuk Xarici Araşdırmalar Universitetində Prof. Dr Rövşən İbrahimovun təqdimatında “Azərbaycan xarici siyasət diskursunda qlobal cənub - daha dərin əməkdaşlıq perspektivləri” və Xəzər Universitetində İR üzrə müəllim, AİR Mərkəzində şöbə müdiri Cavid Vəliyevin təqdimatında “Azərbaycanın xarici siyasətində türk vektoru - Bakının regional mövqeyinin əsas yeri nədir” mövzusunda keçirilən sessiyada iştirak ediblər. İlk sessiya çərçivəsində iştirakçılar Azərbaycan siyasətinin inkişaf etməktə olan və inkişaf etməmiş ölkələrin beynəlxalq siyasətində təsirini, beynəlxalq münasibətlərin konsepsiyasını və Azərbaycanın beynəlxalq prizmasını öyrəniblər. Növbəti sessiya ərzində isə iştirakçılara Azərbaycanın xarici siyasətini tənzimləməyin yolları və inkişaf etdirilmiş türk vektoru vasitəsilə regional stabiliteti gücləndirmək üçün strateji perspektivləri tədqiq etmək və s. barədə ətraflı izah verilib.