“Beynəlxalq münasibətlər və diplomatiya üzrə 2-ci yay məktəbi” nin iştirakçıları Topçubaşov Mərkəzinin rəhbəri Rusif Hüseynovun təqdimatında “Qarabağın reinteqrasiyası; hansı modellər müzakirə olunur“ mövzusunda və Cənubi Qafqaz Araşdırmalar Mərkəzində fəlsəfə doktoru, baş elmi işçi Orxan Bağırovun təqdimatında “Rebuilding Karabakh: Sustainable Development and Reconstruction Efforts” mövzusunda keçirilən təlimdə iştirak ediblər. İlk təlim çərçivəsində mövcud olan, təklif edilən reinteqrasiya variantları və münaqişənin həlli üçün alternativ yollar, reinteqrasiya keçid dövrünün maraqlı aspektləri müzakirə olunub və gənclərin sualları cavablandırılıb.İkinci təlim çərçivəsində isə Qarabağın iqtisadi, infrastruktur və sosial sahələrdə yenidən qurulması üzrə planlar və strategiyalar haqqında məlumatlar verilib.