“Beynəlxalq münasibətlər və diplomatiya üzrə 2-ci yay məktəbi”nin təlimləri davam edir.

“Beynəlxalq münasibətlər və diplomatiya üzrə 2-ci yay məktəbi” nin iştirakçıları üçün  Xəzər Universitetində İR və Avropa Araşdırmaları üzrə müəllim, Təhsilin Keyfiyyətinin Təminatı Agentliyinin Akkreditasiya və Lisenziyalaşdırma şöbəsinin rəhbəri Elmar Mustafayevin təqdimatında “Assessing the Eastern Partnership (EaP) trajectory after granting candidate and potential candidate statuses to EaP enthusiasts: dissolution vs. continuation” mövzusunda sessiya təşkil olunub. Sessiyada əsasən şərq tərəfdaşlığının inkişafını təyin etmək üçün "Həvəskar" və "Potensial Namizəd" statusları verildikdən sonra trayektoriya qiymətləndirilməsi, bu trayektoriyanın ləğvetmə və davam etmə variantları haqqında müzakirələr aparılıb.Sonda isə iştirakçılar “Namizəd dövlət, Aİ və üzv dövlətlər baxımından Aİ üzvlüyünün müsbət və mənfi tərəflərinin təhlili” mövzusunda qrup işi hazırlayıb daha sonra təqdim ediblər.