#BİR KÖNÜLLÜLÜK AKADEMİYASI-na təlimçi qismində qoşulun və bizimlə BİR olun!
#Birkonullu #Birkonullulukakademiyası #EduAz #minedu
Azərbaycanın 6 şəhərinin 18 Ali Təhsil müəssisəsini birləşdirən “BİR” Tələbə-Könüllü Proqramı fəaliyyətə başladığı gündən 11 000 tələbə arasında BİRlik yaratmağa nail olub.
"BİR" Tələbə-Könüllüləri 50-dən artıq müxtəlif kiçik və irimiqyaslı, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi BİR sıra tədbirlərdə könüllü qismində iştirak etmiş, Formula 1 Avropa Qran Pri yarışına dəstək olaraq, sürət həyəcanını öz üzərində hiss etmiş, “Olimpiya hərəkatı” və Futzal yarışlarında Könüllü olub, əsl idman həyacanını yaşamışdırlar.
İndi isə "BİR" Tələbə-Könüllü proqramı sizləri 6 gün davam edəcək #BİR KÖNÜLLÜLÜK AKADEMİYASI-da təlimçi qismində iştirak etməyə dəvət edir!
6 gün davam edəcək #BİR KÖNÜLLÜLÜK AKADEMİYASI-da Proqrama daxil olan universitetlərin 2016/2017-ci təhsil ilinin ikinci kurs tələbələri və “BİR” Tələbə-Könüllü Proqramının koordinatorları iştirak edəcək.
#BİR KÖNÜLLÜLÜK AKADEMİYASI komandasının tərkibində yer ala bilər:
- Müəllimlər və təhsil ictimaiyyətinin nümayəndələri,
- Təlimçi və eskpertlər,
- Mətbuat nümayəndələri və fəal bloqerlər,
- Biznes strukturların nümayəndələri və
- UĞURunu paylaşmak istəyən hər kəs.
#BİR KÖNÜLLÜLÜK AKADEMİYASI-da təqdim olunacaq təlim mövzuları:
• Ünsiyyət Bacarıqları
• Təqdimat Bacarıqları
• PR (SMM-Facebook, İnstagram səhifələrin idarə olunması, tədbirlər haqqında təsvir-mətnlərinin hazırlanması)
• Layihə idarəedilməsi
#BİR KÖNÜLLÜLÜK AKADEMİYASI-na qoşulmaq üçün aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçə bilərsiz:
https://
Tarix: 2-7 sentyabr 2016-cı il
Məkan: Şəki şəhəri
Son müraciət tarixi: 18.08.2016