• “Bir Könüllü” KVN komandası növbəti mərhələyə vəsiqə qazanıb!
  • “Bir Könüllü” KVN komandası növbəti mərhələyə vəsiqə qazanıb!
19.12.2019

“Bir Könüllü” KVN komandası növbəti mərhələyə vəsiqə qazanıb!

1612

Dekabrın 19-da, Akademik Milli Dram Teatrında Azərbaycan KVN Televiziya Liqasının II mövsümünün
açılış mərasimi keçirilib. Daha sonra liqada iştirak edən komandalar öz KVN səhnəciklərini münsiflər
heyətinə və tamaşaçılara nümayiş etdiriblər. “Bir” Tələbə-Könüllü proqramının KVN komandası “Bir
Könüllü” liqada uğurla iştrak edib, növbəti mərhələyə vəsiqə qazanıb. Növbəti mərhələyə vəsiqə qazanan
hər bir komandaya uğurlar arzu edirik.
Həmçinin, KVN komandasında fəaliyyət göstərmək istəyən tələbə-könüllülər təhsil müəssisələri üzrə
koordinatorlarına müraciət edərək komandamıza qoşula bilərlər.
Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı 2015-ci ildən indiyəqədər Bakı, Sumqayıt,
Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Şamaxı şəhərləri olmaqla 40 ali və orta ixtisas
təhsil müəssisələrini əhatə edir. 23.000 könüllü bazası olan Proqramın əsas məqsədi qoşulan
könüllülərin dünya görüşünün artırılması, yeni dostlar qazanmaq və unudulmaz anlar yaşamasına nail
olunması, tələbəlik həyatınnı rəngarəng və faydalı keçirməsi, fərdi və ictimai fəaliyyətlərinin inkişafına
şərait yaradılması, asudə vaxtlarının səmərəli təşkil olunması, şəbəkələşməsinin təmin olunmasıdır. Artıq
4 ildən çoxdur fəaliyyət göstərən Proqram ilk dəfə Azərbaycan könüllülərinin onlayn platformasını
yaratmaqla yanaşı, ölkənin vahid könüllülük hərakatının inkişafına da kömək edir.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.