#BİR Könüllük Akademiyasının növbəti günündə iştirakçılarımız çox maraqlı, sirrlərlə və kəşflərlə dolu oyunda iştirak etdilər!
12.09.2016

#BİR Könüllük Akademiyasının növbəti günündə iştirakçılarımız çox maraqlı, sirrlərlə və kəşflərlə dolu oyunda iştirak etdilər!

558

Tərəfdaş və dostlarımız "Code Tusi” adlı məntiqi intellektual komanda oyununun təşkilatçıları #BİR Könüllülük Akademiyası iştirakçıları üçün xüsusi oyun proqramı hazırlamışdı. “Code Tusi” oyunu artıq 10 illik təcrübəyə malikdir. Oyunun əsas məqsədi komandaların növbəti mərhələyə keçməsini təmin edən “açarların” axtarışıdır. Oyunçular məntiqi tapmacanın “açar”larını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Beləliklə hər mərhələdən sonra yeni mərhələ gəlir. Tapmacanın açarları və ya hər hansı bir cavabı oyun keçirilən ərazinin hər yerində gizlədilə bilər. 
Bu dəfə “Code Tusi” Şəkidə, #BIR Könüllülük Akademiyasının baş tutduğu məkanda keçirildi. Akademiya iştirakçıları 6 komandaya bölünərək BİR-BİRinin ardınca məntiqi açarları tapmağa çalışdılar, yeni biliklər əldə etdilər, səmərəli və əyləncəli vaxt keçirdilər. Sonda qalib gələn və “BİR” Tələbə-Könüllü Proqramının “Kəşf et” istiqamətini təmsil edən komanda Proqram adından xüsusi hədiyyələr qazandı. Qalib komandamızı təbrik edirik və daha böyük uğurlar arzu edirik!


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.