• BİR könüllülər “Şəhidimiz” kampaniyasına dəstək verdilər

04.04.2019

BİR könüllülər “Şəhidimiz” kampaniyasına dəstək verdilər

288

Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə şəhid ailələri ilə həmrəylik kampaniyası həyata keçirilib.
Bu kampaniya çərçivəsində gənclər paytaxtda yaşayan aprel döyüşlərində şəhid olan soydaşlarımızın ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. “Şəhidimiz” kampaniyasına Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının üzvləri də dəstək verib. Kampaniyada BİR könüllülər də fəal şəkildə iştirak ediblər.

Həmçinin 3 aprel 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbirdə 130-dan çox BİR tələbə-könüllü iştirak edib. Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu, hörmət və ehtiramla yad edildiyini qeyd olunub. Həmçinin təşkil olunan bu cür tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, xalqımızın birlik və vəhdətinin təcəssüm etdirilməsi istiqamətində əhəmiyyəti vurğulanıb. Tədbirdə aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan “Şəhidimiz” kampaniyası çərçivəsində hazırlanan və şəhidlərimizin ailə üzvlərinin videolardan ibarət çarxlar nümayiş olunub.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

Video: https://www.facebook.com/bakuyouthcenter/videos/1990126587782849/

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.