BİR könüllülər "Bakı Marafonu 2017" ilə Əyləncə və Məşq Günündə

"Bakı Marafonu 2017"yə hazırlıq məqsədi ilə əyləncə və məşq günü tədbiri keçirilib.

Dövlət Bayrağı Meydanında bir araya gələn iştirakçılar Kulka Teatrınadək yürüş ediblər. Daha sonra bulvarda konsert və viktorinalar təşkil olunub. İştirakçılar marafonun sponsorları - “Coca Cola”, “Go Sport”, “Türk Hava Yolları”, “Alfa Romeo”, “Huawei”, “Azər Türk Bank”dan müxtəlif hədiyyələr qazanıblar. Tədbirdə “Bir” Tələbə-Könüllülər də könüllü qismində iştirak ediblər. Könüllülər qeydiyyat, tədbir iştirakçılarının qarşılanması, məlumat verilməsi və digər işlərdə həvəslə fəaliyyət göstəriblər.