• BİR könüllülər dünya ölkələri ilə birgə keçirilən #YerSaatı kampaniyasına qoşuldular!

05.04.2019

BİR könüllülər dünya ölkələri ilə birgə keçirilən #YerSaatı kampaniyasına qoşuldular!

318

Bütün dünya ölkələri ilə birgə #YerSaatı kampaniyası İDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizdə də növbəti dəfə böyük uğurla qeyd edildi. 
Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının üzvlərinin də iştirak etdiyi “Yer saatı” milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edən bütün dünyada keçirilən ətraf mühitə həsr edilmiş ən böyük hərəkatdır. Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) “Yer saatı” aksiyasını hər il martın axırıncı şənbə günü keçirir və hər kəsi, dövlət və kommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa söndürməyə çağırır.

İlk dəfə bu tədbir (WWF) tərəfindən “The Sydney Morning Herald” qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. Azərbaycanda isə rəsmi olaraq 2011-ci ildən qeyd edilir.

“Yer saatı” aksiyası zamanı böyük şəhərlərdəki məşhur binaların fasadlarının işıqları bir saatlıq söndürülür. Ənənəvi olaraq bu aksiyada 160-dan çox ölkə və 7000-dən çox şəhər iştirak edir.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.