Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçirilən "Gəncliyin BİR həftəsi" adlı tədbirə 7 şəhər və 37 təhsil müəssisəsindən olan tələbə-könüllülərin 500-dən çox müraciəti daxil olub.
Tədbirin dördüncü günü Proqramın “Kəşf et” istiqaməti çərçivəsində “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, “Code Tusi” və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “İçərişəhərin sirrini kəşf et” adlı intellektual komanda oyunu keçirilib. Tədbirin məqsədi tələbə-könüllülərin qədimi məkanlar haqqında məlumatlanması, tarixi irslərimizə diqqətin ayrılması, dünyagörüşünün genişlənməsi və komanda ruhunun formalaşmasıdır. İçərişəhərdə baş tutan və 150-dən çox müraciət gələn tədbirdə iştirak üçün 50 tələbə-könüllü seçilib. Sonda ərazidə yerləşdirilən açarları daha tez və doğru tapan, Proqramın istiqamətinə uyğun olan “Öyrət” komandası qalib olub.
Tədbir 27 yanvardan 2 fevraladək davam edəcək.
"Gəncliyin BİR həftəsi" gənc tələbə-könüllülərin şəxsiinkişafının təmin olunması, dünyagörüşünün artırılması, könüllülük dəyərlərinin aşılanması və gənc tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirilməsi məqsədi daşıyır.
"Gəncliyin BİR həftəsi"ndə hər gün Proqramın 6 istiqamətini (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et, Zövq al) təmsil edəcək və çərçivəsində təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı baş tutacaq.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.