BİR könüllülər SABAH II Karyera Qış Məktəbində iştirak ediblər

SABAH Karyera Akademiyası Çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının 4-cü kurs tələbələri üçün keçirilən SABAH II Karyera Qış Məktəbində tələbə-könüllülər də könüllü qismində iştirak ediblər. 

Bakı Dövlət Universitetinin Quba rayonunun İkinci Nügədi kəndinin ərazisində yerləşən tədris-təcrübə və istirahət 
mərkəzində keçirilən təlimdə 100-ə yaxın tələbə iştirak edib.

Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq olub.

Sonda tələbə-könüllülərimiz uğurlu fəaliyyətlərinə görə sertifikatla təltif olunublar.