Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları və "Youth Inc." Gənclərin Sahibkarlıq Proqramınınbirgə təşkilatçılığı ilə Bakıda ilk dəfə “Start and Up” mövzusunda forum keçirildi. Azərbaycan Dövlət İqtisad Universitetində baş tutan forumda Silikon Vadisindən olan mütəxəssislər Brock Hinzman və Eileen McGinnis “Texnoloji Startaplar” mövzusunda öz təcrübələrini bölüşdülər. Bu möhtəşəm forumda tələbə-könüllülər də BİR oldular və tədbir zamanı qonaqların qarşılanması, məlumatlandırılması, nəzarət işlərində fəal şəkildə iştirak etdilər. Bizimlə BİR olan tələbə-könüllülərə təşəkkür edirik.