“Bir Könüllü” Tələbə Təşkilatı, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin birgə tərəfdaşlığı ilə Şamaxı rayonunda “Beynəlxalq Münasibətlər və Diplomatiya üzrə 2-ci Yay Məktəbi” layihəsinin açılış mərasimi baş tutub.

Yay məktəbinin açılış mərasimində Elm və Təhsil Nazirliyinin nümayəndəsi Səbuhi Rzayev, Xəzər Universitetinin Siyasi Elmlər və Fəlsəfə kafedrasının müdiri Orxan Vəliyev və Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov iştirak edib.  İştirakçılara yay məktəbinin mahiyyəti haqqında məlumat verilib, həmçinin regionda və dünyada siyasi vəziyyət haqqında ümumi müzakirələr aparılıb və gənclərin sualları cavablandırılıb. Sonda isə iştirakçılar “Balanslı xarici siyasət” mövzusunda qrup işi təqdim ediblər.