"Bir Könüllü" Tələbə Təşkilatının dəstəyi ilə "Riyaziyyatçılar" klubu fəaliyyətə başlayıb!

"Zuğulba" tədris idman bazasında keçirilən klubun ilk ümumi görüşündə tələbələr və müəllimlər maraqlı diskussiyalar aparıblar və riyaziyyatın həyatımızdakı rolu, riyaziyyatın mənimsənilməsi yolları mövzusunda çıxışlar ediblər. Sessiyaların sonunda klubun gələcək fəaliyyəti və layihələr barədə müzakirələr aparılıb. 

Günün ikinci yarısında tələbələr və müəllimlər asudə vaxtın səmərəli dəyərləndirilməsi məqsədi ilə voleybol və stolüstü tennis oyunlarına cəlb olunublar.