“Bir Könüllü” Tələbə Təşkilatının yeni ofisi fəaliyyətə başlayıb!

27 may tarixində baş tutmuş açılış mərasimində təşkilat sədri Leyla Zeynalova üzvləri salamlayıb və gələcək fəaliyyət ərzində tələbə könüllülər üçün yaradılacaq imkanlar barədə ətraflı məlumat verib. Təşkilatın yeni loqosunun və təkmilləşdirilmiş saytının təqdimatı ilə davam edən görüşün ardınca mərasimdə iştirak edən könüllülər ofisi ekskursiya ediblər. 


Açılış mərasimində iştirak edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov yeni qərargahın tələbələrin inkişafı üçün müxtəlif imkanlar yaradacağını, layihələrin miqyasının daha da artacağını və əsaslı tələbə mühitinin formalaşacağını xüsusi olaraq qeyd edib. 


Diqqətinizə çatdıraq ki, ofis həftənin 7 günü fəaliyyət göstərir və hər bir üzvümüz üçün giriş sərbəstdir.