4 – 9 fevral 2023-cü il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı
İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda “CyberCamp 2023” qış
düşərgəsi təşkil ediləcək.
Layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək
istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və
gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş
imkanları əldə etməsinə şərait yaradılmasıdır.
“CyberCamp” zamanı iştirakçılar üçün kibertəhlükəsizlik üzrə laboratoriya
mühitində aşağıdakı istiqamətlərdə praktiki fəaliyyətlərin təşkili
planlaşdırılır:
Veb-proqram təminatlarında rast gəlinən və "TOP 10 OWASP" üzrə
klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya
işləri (CTF formasında);
Əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi;
Zərərli proqram təminatının analizi və tərsinə mühəndisliyə aid
tapşırıqlar;
Kriptoqrafiyaya aid tapşırıqlar.
Kibertəhlükəsizlik sahəsi üzrə bilik və bacarıqlarını nümayiş etdirmək və
təkmilləşdirmək məqsədi daşıyan qış kampında aşağıdakı şəxslərin iştirakı
nəzərdə tutulur:
● Kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları
və ya kibertəhlükəsizlik ixtisasları üzrə III və IV kursda təhsil alan
bakalavrlar, həmçinin magistratura təhsili alan tələbələr;
● Sahə üzrə bilik və bacarıqları olan digər ixtisas tələbələri.
Qeydiyyat üçün müraciətlərin son qəbul tarixi: 16 yanvar 2023-cü il
Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün 21
yanvar 2023-cü il tarixdə test imtahanı təşkil ediləcək. İmtahandan uğurla
keçən şəxslər kampda iştirak hüququ qazanacaqdır.
Kampda iştirakçı sayı məhduddur. Seçilən şəxslərə qış kampı barədə
məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.
Qeydiyyat üçün keçid: https://forms.gle/n79cyKA7VPknRWcH6
Əlaqə: +99499 899 01 11
Elektron ünvan:
Apply@konullu.edu.az (subject: Cybercamp)