“Bir Könüllü” təşkilatının “Elm və İnnovasiya” proqramı çərçivəsində “Akademik Yol” layihəsi keçirilib.
ARTI-nin Təhsil Texnologiyaları Mərkəzində “Bir Könüllü” təşkilatının “Elm və İnnovasiya” proqramı çərçivəsində “Akademik Yol” layihəsi keçirilib. Firuzə Cəlilovanın təqdimatında keçirilən layihə qonaqları – Akademik Abdulla Qarayev adına Fiziologiya institutunun baş direktoru Professor b.e.d Ulduz Həşimova, Mikrobiologiya İnstitutunun baş direktoru Professor b.e.d Pənah Muradov və layihənin moderatoru Dosent b.ü.f.d Ulduzə Qurbanova çıxışlarına ilk olaraq iştirakçılarla öz işgüzar təcrübələrini, bu yolda qarşılaşdıqları çətinlikləri paylaşaraq başlayıblar. Daha sonra “KarioBio” mövzusunda panel müzakirə başlayıb. Tədbirin yekununda isə qonaqlar moderator tərəfindən iştirakçılar arasında aparılmış sorğunun nəticələrinə əsasən ümumiləşdirilmiş sualları cavablayıb və gənclərə fərdi inkişafla bağlı tövsiyələr veriblər.