Azərbaycanın müxtəlif bölgələrində və ali, orta ixtisas və peşə təhsil müəssisələrində təhsil alan tələbələri birləşdirən "Bir Könüllü" Təşkilatının mərkəzi qərargahı yeni ünvanda fəaliyyətini davam etdirəcək.
Məkan dəyişikliyimiz, sizə daha yaxın olmaqla yanaşı, daha effektiv və yaxşı xidmət göstərə bilmək üçün atılmış bir addımdır. Yeni məkanda tələbə və gənclər üçün daha əlverişli bir fəaliyyət mühiti yaradacağımızı düşünürük. Tezliklə yeni və daha genişmiqyaslı layihələrimizlə qarşınızda olacağıq.
Təşkilatımızın fəaliyyəti barədə operativ şəkildə məlumatlanmaq və həyata keçirdiyimiz layihələrin iştirakçısı olmaq üçün Sosial media səhifələrimizi izləməyə davam edin.
Tezliklə yeni ünvanda görüşmək ümidilə.