• “Bir” Tələbə-Könüllü proqramı Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığa başlayır

07.04.2019

“Bir” Tələbə-Könüllü proqramı Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığa başlayır

596

Bakı Nəqliyyat Agentliyinin tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi ilə “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihə keçiriləcək. Məqsəd, paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından önəmli məqamdır. 

Layihənin həyata keçirilməsində əsas dəstəkçilər isə BİR könüllülərdir. BİR könüllülərin dəstəyi ilə sərnişinlər arasında sosial sorğu keçiriləcək. 08.04.2019 tarixindən başlayacaq sorğu 77 gün davam edəcək.

Şəhərin müxtəlif ərazilərindəki avtobus dayanacaqlarında və insanların daha çox toplaşdığı məkanlarda könüllülər gedilən istiqamətlər, istifadə edilən dayanacaqlar, bir məntəqədən digərinə səfər edilərkən sərf olunan zaman və digər bu tipli məlumatlar öyrənmək məqsədi ilə sərnişinlərə müraciət edəcəklər. Sorğu, həmçinin, onlayn qaydada da aparılacaqdır. 
Əldə edilən məlumatlar paytaxtın avtobus parkının yenilənməsi işləri çərçivəsində alınan 300 ədəd müasir və komfortlu avtobusların istismara veriləcəyi marşrut xətlərinin müəyyən edilməsi zamanı, həmçinin, ictimai nəqliyyatın inkişafı üzrə layihələrin hazırlanmasında istifadə ediləcək. 

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox tələbə-könüllü üzvü var. Tələbələrin şəxsiinkişafı, asudə vaxtını səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması və könüllülərlə işin sistemləşdirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.